4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərlik etdiyi “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun iclası keçirilib.Dövlər və özəl sektor nümayəndələrinin iştirak etdiyi iclasda məlumat verilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna və “Notariat haqqında” Qanuna mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər daşınmaz əmlakın qeydiyyatı sahəsində “bir pəncərə” sisteminin tətbiqini nəzərdə tutur. “Bir pəncərə” prinsipinə əsasən daşınmaz əmlakla bağlı notariusların təsdiq etdikləri və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olan sənədlər (məsələn, daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, daşınmaz əmlakın bölgü planı və s.) notariat ofisləri tərəfindən elektron qaydada daşınmaz əmlakın dövlət reyestrinə göndəriləcək. Həmin elektron sənədlər ərizə hesab olunacaq, yəni vətəndaşların çıxarış almaq üçün ərizə ilə, fiziki olaraq qeydiyyat orqanına müraciət etməsi zərurəti aradan qalxacaqdır.

İclasda həmçinin Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsi”nin təqdimatı olub.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsi barədə çıxış edib, təqdim olunan Yol Xəritəsinin əhəmiyyəti və müvafiq sahəyə töhfələri barədə fikirlərini bölüşüb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, işçi qrupunun rəhbəri Rüstəm Şahbazov iclas iştirakçılarına Yol Xəritəsində torpaq və əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı görüləcək tədbirlər, həyata keçiriləcək layihələr və digər məsələlər barədə məlumat verib.

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru barədə çıxış edib. O bildirib ki, 2023-cü il elektronlaşdırma və ictimai əlçatanlıq prinsipləri ilə yadda qalacaqdır: “Hədəfimiz daşınmaz əmlakın qeydiyyatl ilə bağlı əməliyyatlar üzrə sənədlərin kağızda təqdim olunmasını aradan qaldıraraq, ərizəçilərin fiiziki olaraq müraciət etmədən, internet resursları vasitəsilə öz müraciətlərini etməsi və lazımi sənədi elektron qaydada əldə etməsini təmin etməkdir.”

Ədliyyə Nazirliyinin nümayəndəsi Leyla Bərxudarzadə də öz növbəsində daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı, vahid ödəniş sisteminin tətbiqi ilə bağlı təqdimatla çıxış edib.

"Rieltorlar Assosiasiyası" İctimai Birliyinin sədri Elnur Azadov isə qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində aparılan islahatlar, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu istiqamətdə atılan addımların davamlı olması xüsusilə vacibdir.

Daha sonra yeni Yol Xəritəsi üzrə tədbirlərin icra vəziyyəti, 2023-cü il üçün hədəflər və prioritetlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsi” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması