22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstilik izolyasiya lövhələri istehsal edən zavod fəaliyyətə başlayacaq

Bu ilin may ayından Hacıqabul Sənaye Məhəlləsində istilik izolyasiya lövhələri istehsal edən zavodun fəaliyyətə başlayacağı gözlənilir. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan "Penoplex Prikavkazye" MMC-nin direktoru Rəşad Rəhimov deyib.

Onun sözlərinə görə, hazırda zavodun tikintisi işləri aparılır. Zavod istehsal edəcəyi məhsulları ölkə bazarında satmaqla yanaşı, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac etməyi də planlaşdırır.

Zavodun istehsal gücü 100 min kubmetr lövhə istehsalıdır. "Penoplex Prikavkazye" MMC zavodun fəaliyyəti üçün 10 milyon dollar investisiya yatırmağı planlaşdırır.

Qeyd edək ki, “Penoplex Prikavkazye” MMC Rusiya kapitallı şirkətdir.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?