20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsullarının ixracı artıb

2022-ci ilin yanvar-dekabr aylarında ölkədən 886,1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələyir.

Aqrar Tədqiqatlar Mərkəzinin illik hesabatı əsasında “vergiler.az”ın apardığı hesablamalara görə, ötən il 218,9 milyon dollar dəyərində 247,8 min ton tərəvəz məhsulları ixrac olunub ki, bu da 2021-ci ilə nisbətdə dəyər ifadəsində 0,6 faiz, həcm olaraq isə 7 faiz azdır.

Ötən il ölkədən 35,1 milyon dollar (12,5 faiz az) dəyərində 78,3 min ton (15,2 faiz az) kartof, 167,6 milyon dollar (4,6 faiz çox) dəyərində isə 141,4 min ton (azalma 2,6 faiz) pomidor ixrac edilib.
İl ərzində 448,7 milyon dollar dəyərində 396,0 min ton meyvə ixrac edilib ki, bu da 2021-ci ilin göstəricisindən müvafiq olaraq 9,4 faiz və 5,6 faiz çoxdur.

Heyvandarlıq məhsulları üzrə ixracın dəyəri isə 2,4 milyon dollar və ya 42,1 faiz artaraq 8,1 milyon dollar təşkil edib. Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?