15 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaponiya Azərbaycandan zəfəran məhsulları alacaq

Yaponiya, Cənubi Koreya və Vyetnam Azərbaycanın istehsal etdiyi zəfəranı və ondan hazırlanan məhsulları almaq istəyir. Bunu “Azərbaycan iqtisadiyyatı Teleqram kanalına ölkəmizin ən böyük zəfəran istehsalçısı olan “Absheron Saffron Ltd” MMC-nin təsisçisi Xəlil Cəfərov deyib.

X.Cəfərovun sözlərinə görə, həmin ölkələr Azərbaycanın zəfəran məhsullarını bəyəndiklərini və onları idxal etmək istədiklərini açıqlayıblar. Artıq Yaponiya ilə Azərbaycan məhsullarının alınması üçün müqavilə imzalanıb. Ötən ilin sonunda ölkəmizə səfər edən Yaponiya nümayəndə heyəti Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində zəfəran əkini sahəsinə baxış keçirib, şirkətin istehsal etdiyi zəfəran mürəbbəsinin texniki parametrlərini yoxlayıb: “Biz indi Yaponiyanın sifarişlə bağlı əlavə məlumatlar verməsini gözləyirik. İxracın baş tutacağı tarix Yaponiya tərəfindən asılıdır”.

X.Cəfərov əlavə edib ki, Yaponiya müqavilə imzalanmazdan əvvəl tanıtım məqsədilə Azərbaycanın məhsullarının satışını həyata keçirib və məhsulların satış səviyyəsinin yüksək olduğunu gördükdən sonra onları idxal etmək qərarına gəlib.

Şirkət təsisçisi əlavə edib ki, Azərbaycanın zəfəran məhsullarını Qətər və ərəb ölkələrinin bazarına çıxarmaq istəyən yerli iş adamları da var.

X.Cəfərov hazırda yerli zəfəran məhsullarının yalnız ölkənin daxili bazarında satıldığını, ancaq satış səviyyəsinin aşağı olduğunu bildirib.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən “Absheron Saffron Ltd” MMC Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?