26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdam Sənaye Parkının rezidenti PVC dam örtükləri istehsal edəcək

Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan “NN-Tel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilin noyabr-dekabr aylarında fəaliyyətə başlamağı planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “NN-Tel Group”un layihə rəhbəri Vasif Məmmədov deyib.

Onun sözlərinə görə, müəssisə PVC dam örtüklərinin istehsalını həyata keçirəcək. Şirkətin aylıq istehsal həcminin 14000 kvadratmetr olması proqnozlaşdırılır. “NN-Tel Group”un dam örtükləri əvvəlcə ölkənin tələbatının ödənilməsi üçün daxili bazarda satılacaq, daha sonra isə ixrac ediləcək.

Şirkət ilkin mərhələdə istehsal fəaliyyətinə 680 000 manat investisiya yatırmağı planlaşdırır.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?