25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il gömrük xətti ilə büdcə daxilolmaları 30 faizdən çox artıb

2022-ci il ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 5 654 602,0 min manat daxil olub ki, bu da 2021-ci illə müqayisədə 30,2 faiz çoxdur.

vergiler.az”ın Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2021-ci illə müqayisədə 17,8 faiz artaraq 1 419 968,7 min manat təşkil edib.

Ötən il ƏDV üzrə daxilolmalar 36,6 faiz artaraq 4 003 423,0 min manata bərabər olub. Aksizlər üzrə daxilolmalar 3,5 faiz artaraq 168 897,2 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 62 312,7 min manat olub ki, bu da 2021-ci ilin göstəricisindən 42,8 faiz çoxdur.

2022-ci ilin dekabr ayında DGK xətti ilə dövlət büdcəsinə 565 010,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 31,3 faiz, 2022-ci ilin noyabr ayı ilə müqayisədə isə 27,6 faiz çoxdur.

Ötən ilin dekabrında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2021-ci ilin dekabr ayının göstəricisi ilə müqayisədə 31,3 faiz artaraq 158 955,2 min manat olub. 2022-ci ilin noyabr ayı ilə müqayisədə isə 28,4 faiz artım qeydə alınıb.

Həmçinin, 2022-ci ilin dekabr ayı ərzində ƏDV üzrə daxilolmalar 2021-ci ilin eyni ayı ilə müqayisədə 44,6 faiz artaraq 382 007,1 min manat (2022-ci ilin noyabr ayı ilə müqayisədə 28 faiz çox), aksizlər üzrə 14,5 faiz artaraq 19 082,1 min manat (2022-ci ilin noyabrı ilə müqayisədə 20,2 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 2021-ci ilin dekabr ayına nisbətdə 35,5 artaraq 4 966,5 min manat (2022-ci ilin noyabrı ilə müqayisədə 4,7 faiz az) təşkil edib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?