26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənaye zonalarına sahibkarların marağı artır

2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə (sənaye parklarında 23, sənaye məhəllələrində 5) rezident statusu verilib. Qeydiyyata alınmış rezidentlər tərəfindən ümumilikdə 171 milyon manat investisiyanın yatırılması, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Bu rezidentlər tərəfindən sənaye zonalarında müxtəlif tonajlı yük və xüsusi təyinatlı avtomobillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, müxtəlif tikinti kimyəvilərin, elektrik avtomat və sayğacların, yumşaq polimer qablaşdırma məhsullarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının və s. istehsalı layihələri həyata keçiriləcək.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Hacıqabul, Masallı, Neftçala və Sabirabad sənaye məhəllələri), 51 aqroparkın və Peşə Təhsil Mərkəzinin idarəedici təşkilatıdır.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?