22 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold”un Müşahidə Şurasının 2022-ci il üzrə sonuncu iclası keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının 2022-ci il üzrə sonuncu iclası keçirilib.

QSC-dən bildirilib ki, qurumun Müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə videobağlantı formatında keçirilən iclasda “AzerGold”un fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan cari mövzular, o cümlədən strateji inkişaf, büdcə, maliyyə-investisiya, istehsalat, qızılın daxili və xarici bazarlarda satışı, maliyyə bazarında risklərin idarə olunması, zərgərlik bazarının inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb.

İclasda çıxış edən Müşahidə Şurasının sədri M.Eynullayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən struktur islahatlarının məntiqi davamı olaraq ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi məqsədilə yaradılan “Azərbaycan İnvestisiya Holdinqi” ilə QSC arasında fəaliyyətin qarşılıqlı əməkdaşlıq müstəvisində uğurla davam etdirildiyini qeyd edib. O, Holdinq tərəfindən qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Səhmdar Cəmiyyətin fəaliyyətində səmərəliliyin daha da artırılması, onun idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirməsi istiqamətində görülən işlərin “AzerGold” QSC-nin cari il ərzində fəaliyyətində müsbət dinamikanın davam etdirilməsi ilə müşayiət olunduğunu diqqətə çatdırıb.

M.Eynullayev bildirib ki, Səhmdar Cəmiyyətin 2022-ci il üzrə ilkin iqtisadi və maliyyə göstəriciləri, strateji əhəmiyyətli layihələrin icrası istiqamətində həyata keçirdiyi tədbirlər orta və uzunmüddətli vədədə qarşıya qoyulan hədəflərə nail olunmasında pozitivliyin qorunub saxlandığını deməyə əsas verir.

İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən cari il ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

AZƏRTAC

VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?