Yığılmış sığorta haqlarının məbləği 4,2 faiz artıb
Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinın nəticələrini açıqlayıb. Məlum olub ki, ilk 3 ayda onlar 201,2 milyon manat məbləğində sığorta haqları toplayıblar. Sığorta ödənişlərinin məbləği isə 46,2 milyon manata çatıb. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin ilk 3 ayında yığılmış sığorta haqlarının məbləği 4,2 faiz (8,1 milyon manat) artıb. Könüllü sığorta bazarı üzrə haqlar 130 milyon manat, ödənişlər isə 29,9 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 71,2 milyon manat, ödənişlər isə 16,3 milyon manat olub.
2019-cu ilin yanvar-mart aylarında sektor üzrə məcmu sığorta haqlarının 64,6 faizi könüllü, 35,4 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64,7 faizi könüllü, 35,3 faizi icbari sığorta növləri hesabına formalaşıb. Könüllü sığorta haqlarında artım ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayında tibbi sığorta 19,5 faiz (9,3 milyon manat), icbari sığorta haqlarında isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 54,9 faiz (4,6 milyon manat) artıb.
2019-cu ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
2019-cu ilin yanvar-mart ayları üzrə hesablanmış
sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T
(təcili məlumatlar əsasında)
№ | Sığortaçının adı | Sığorta Haqları | Sığorta Ödənişləri |
1 | "Amrah Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 90,5 | 55,0 |
2 | "A-Qroup Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti | 1737,0 | 2010,9 |
3 | "AtaSığorta" Açıq Səhmdar Cəmiyyəti | 5374,5 | 3477,6 |
4 | "Atəşgah Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 9285,6 | 2705,0 |
5 | "Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 10528,7 | 4546,0 |
6 | "AXA MBASK" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 962,1 | 2085,2 |
7 | Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 31689,6 | 2953,0 |
8 | "Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 1464,4 | 306,8 |
9 | "AZSIĞORTA" Açıq Səhmdar Cəmiyyəti | 3099,9 | 1217,2 |
10 | "Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 175,3 | 22,0 |
11 | "Günay Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 730,2 | 528,2 |
12 | "İpək Yolu Sığorta" ASC | 6836,5 | 46,7 |
13 | "Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 8624,3 | 677,6 |
14 | "Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti | 79,4 | 0,9 |
15 | "Paşa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 39673,0 | 12489,0 |
16 | "Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 64468,6 | 9043,8 |
17 | "Qala Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 2579,3 | 637,8 |
18 | "Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 5626,0 | 527,5 |
19 | "Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 557,4 | 83,1 |
20 | "Standard Insurance" Açıq Səhmdar Cəmiyyəti | 1892,7 | 858,9 |
21 | "Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | - | - |
22 | "Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 5698,9 | 1962,1 |
YEKUN | 201174,1 | 46234,4 |