10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa ölkələri ilə ticarət dövriyyəsi 2 dəfəyədək artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi 26 229 837,39 min ABŞ dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 95,4 faiz çoxdur.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, Azərbaycanın Avropa ölkələrinə ixracı bir il əvvəlki göstəriciyə nisbətdə 2,1 dəfə artaraq 24 169 985,89 min dollar, idxalı isə 7 faiz artaraq 2 059 851,50 min dollar təşkil edib.

Bu ilin noyabrında Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 1 003 185,3 min dollar olub ki, bu da oktyabra nisbətdə 76 faiz azdır. Noyabrda ixracın dəyəri 80,1 faiz azalaraq 793 928,5 min dollar, idxalın dəyəri isə 6 faiz artaraq 209 256,8 min dollar təşkil edib.

Bu ilin 11 ayı üzrə ticarət dövriyyəsinin həcminə görə ilk üç ölkə İtaliya, Yunanıstan və Almaniya olub. Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi 2,1 dəfəyədək artaraq 17 724 254,24 min dollar təşkil edib. Yunanıstanla ticarət dövriyyəsi 1 376 217,59 min dollar olub ki, bu da bir il öncəki göstəricini 4 dəfə üstələyir. Yanvar-noyabr aylarında Almaniya ilə ticarət dövriyyəsi 1 166 857,07 min dollar təşkil edib ki, bu da 2021-ci ilin 11 ayının göstəricini 10,1 faiz üstələyir.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?