24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KİV nümayəndələri üçün mediatur təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Salyan rayonunda yerləşən yeyinti və kənd təsərrüfatı mallarının sınaq laboratoriyasına mediatur təşkil olunub.

AZSTAND-ın baş direktoru İlham Bayramov KİV nümayəndələrinə institutun fəaliyyət istiqamətləri, qəbul olunan yeni standartlar və onların tətbiq sahələri barədə ətraflı məlumat verib.

Mediatur çərçivəsində media mənsubları yeyinti və kənd təsərrüfatı mallarının sınaq laboratoriyasında taxılın keyfiyyət analizi, tütün məmulatlarında nəmliyin, süddə turşuluğun, duz məhsullarında yodun təyini və digər analizlərin aparılması prosesi ilə əyani tanış olublar.

Bildirilib ki, laboratoriya 2013-cü ildən fəaliyyət göstərir və 2020-ci ildə akkreditasiya attestatı alıb. Akkreditasiya sahəsinə su, alkoqollu və alkoqolsuz içkilər, süd və süd məhsulları, balıq məhsulları və konservlər, heyvan və bitki mənşəli yağlar, un və un məmulatları, bal, ədviyyatlar, qənnadı məmulatları, nişasta, çay və kofe, konserv məhsulları, xörək duzu, ət və ət məhsulları, dənli bitkilər, yemlər, quş əti və yumurta, təzə meyvə və tərəvəz məhsulları, tütün məmulatları və s. daxildir.

Laboratoriyada fiziki-kimyəvi və mikrobioloji sınaqlar həyata keçirilir. Qeyd edilib ki, sınaq laboratoriyasının məqsədi ölkədə istehsal olunan, idxal və ixrac edilən, eləcə də daxili bazarda satılan məhsulların keyfiyyətinin normativ texniki sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərin verilməsini həyata keçirməklə istehlakçılara yüksək keyfiyyətdə məhsulların təqdim edilməsinə nail olmaqdır.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?