18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

GUAM nəqliyyat dəhlizi inkişaf etdiriləcək

GUAM-a üzv ölkələr (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) regional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq platformalar çərçivəsində əlaqələndirilmiş şəkildə qarşılıqlı fəaliyyətin vacibliyini bildiriblər.

vergiler.az” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, əməkdaşlıq məsələlərinin müzakirəsi GUAM Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən 40-cı iclası çərçivəsində baş tutub.

Tərəflər xüsusilə nəqliyyat-kommunikasiya və enerji sektorlarının prioritetini, habelə GUAM nəqliyyat dəhlizinin inkişafının vacibliyini vurğulayıblar.

İclas iştirakçıları GUAM-ın 2023-2024-cü illər üçün işçi qruplarının əlaqələndirici ölkələrini təsdiqləyib və 2023-cü ildə sədrliyin Ukraynaya verilməsi barədə qərar qəbul ediblər.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, öz növbəsində nazir Dmitri Kuleba Ukraynanın sədrliyinin beş prioritetlərini səsləndirib. Onların arasında GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü; Avropa və Asiya bazarları arasında yeni iqtisadi imkanların yaradılması və ticarətin inkişafı; Azad ticarət zonasının tam fəaliyyətinin təmin edilməsində irəliləyişin əldə olunması; GUAM nəqliyyat dəhlizi üzrə Avropa Komissiyası ilə əməkdaşlıq; Gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində nəqliyyat sənədlərinə kompleks yanaşmanın tətbiqi.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri