10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəcəb Tayyib Ərdoğan: "Orta Dəhliz kontekstində əməkdaşlığımız ortaq mənfəətimizə xidmət edir"

Etibarlı nəqliyyat marşrutu olaraq ön plana çıxan Orta Dəhliz kontekstində əməkdaşlıq ortaq mənfəətimizə xidmət edir. Dəhlizin mühüm bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə tamamladıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan Prezidentləri ilə geniş tərkibdə görüşdəki çıxışında bildirib.

Türkiyə Prezidenti deyib: “Marmaray”ı, Yavuz Sultan Səlim körpüsünü, İstanbul hava limanını, Osman Qazi və 1915 Çanaqqala körpülərini istifadəyə verərək Şərq-Qərb istiqaməti boyunca bütöv nəqliyyat marşrutunu təmin etdik. Bu marşrutu daha əlverişli vəziyyətə gətirmək üçün birlikdə çalışmalı, sərhəd-keçid və gömrük prosedurlarını sürətləndirməliyik”.

Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, hər üç ölkənin daşıyıcıları üçün quru yolu ilə keçid rüsumlarının və vizaların ləğv edilməsi, yaxud müəyyən bir səviyyədə saxlanılması, viza rüsumlarına endirimlər edərək viza müddətlərinin uzadılması ticarət dövriyyəmizi artıracaq. Nəqliyyat və gömrük sahəsində sənədlər bu səylərimiz üçün əsas təşkil edəcək.

AZƏRTAC

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?