25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin 10 ayı ərzində 294.068 çıxarış verilib

Bu ilin 10 ayı ərzində 294.068 çıxarış verilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 294.068 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% çoxdur.
10 aylıq göstəricinin 70.558-i (24%) ilkin, 223.510-u (76%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki cari ilin yanvar-oktyabr ayları ərzində ilkin qeydiyyat ötən ilin eyni dövrü ilə müqayisədə 31,3% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 41.040-ı fərdi yaşayış və bağ evi, 75.387-si mənzil, 167.909-u torpaq sahəsi, 2.927-si qeyri-yaşayış binası, 6.100-ü qeyri-yaşayış sahəsi, 660-ı əmlak kompleksi, 44-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 10 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,4%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artıb

Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 34.469 olub.

Cari ilin yanvar-oktyabr ayları ərzindəki texniki pasportun və ipoteka müqaviləsinin sayı

Bu ilin 10 ayı ərzində 231.128 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% artım deməkdir. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% artaraq 58.049 təşkil edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?