22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Məclisin komitə iclasında büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda müzakirə edilir

Noyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilir.

İclasın gündəliyinə 14 məsələ daxil edilib. Məsələlərin 10-u ikinci oxunuşda büdcə zərfinə daxil olan qanun layihələridir. Qalan 4 məsələ isə birinci oxunuşda təqdim olunur.

Gündəliyə daxil edilən məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş);

2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş);

3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş);

4. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş);

5. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş);

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş);

7. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş);

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

9. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

10. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

11. Mülki Məcəllədə dəyişikliklər edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

12. Mülki Prosessual, Vergi və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

13. “Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

14. Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

İclasda maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Dövlət Statistika komitəsinin sədr müavini Yusif Yusifov, Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov və digər rəsmi şəxslər iştirak edirlər.

AZƏRTAC

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?