20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisinin sualı var...

Samirə Musayeva

Vergilər Nazirliyi
Vergi siyasəti departamentinin baş direktoru
vergi ödəyicilərinin suallarına cavab verir

Vergi güzəşti

Həlak olmuş döyüşçünün övladının muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

Fiziki şəxslərə münasibətdə gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilmişdir.

Mövcud qanunvericiliyə əsasən, Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üçün 173 manat), illik gəliri 30.000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır (Vergi Məcəlləsi, maddə 102.1.6).

Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır (Vergi Məcəlləsi, maddə 102.2.5).

Qeyd olunan müddəalara əsasən:
Həlak olmuş döyüşçünün övladının muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirinə Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan vergi güzəştindən əlavə vergi güzəşt və azadolmaların tətbiqi hazırda qüvvədə olan vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Eyni zamanda 1 yanvar 2019-cu ildən həlak olmuş döyüşçünün övladının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutan vergi güzəştinin tətbiqi ilə bağlı müddəalar "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsinə daxil edilmişdir.

Suallarınızı redaksiyamızın ünvanına:
AZ 1073, Bakı ş., Landau küç., 16 və ya
[email protected] elektron poçt ünvanına göndərə bilərsiniz

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?