22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: “Azərbaycanda qeyri-neft ixracına dəstək əhəmiyyətli dərəcədə artırılacaq”

“Azərbaycan hökuməti “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində qeyri-neft ixracına dəstək səviyyəsini yüksəltməyi və 2026-cı ildə onun illik həcmini 2021-ci illə müqayisədə 85% artırmağı planlaşdırır”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Haqqın.az” saytına müsahibəsində deyib.

"Ölkənin ixracyönümlü iqtisadi inkişafının təşviqi məqsədilə Milli İxrac Strategiyası hazırlanıb. Strategiya çərçivəsində 20-dən artıq hədəf bazarlarına yönəlik 120-yə yaxın yüksək ixrac potensialına malik məhsul müəyyən edilib. Eyni zamanda, yerli ixracatçıların maraqlarını cəlb edən digər potensial sektorlar və ya bazarlar da diqqət mərkəzində saxlanılır”, - nazir bildirib.

Nazirin sözlərinə görə, ixracyönümlü məhsulların həcminin artırılması və qeyri-xammal ixracının şaxələndirilməsi üçün üç əsas istiqamət - keyfiyyətli yerli məhsulların istehsalı, ixrac mədəniyyətinin formalaşdırılması və Azərbaycanın qeyri-neft potensialı haqqında beynəlxalq məlumatlandırmanın artırılması müəyyən edilib.

M. Cabbarov qeyd edib ki, bu gün Azərbaycan 188 ölkə ilə ticarət aparır. İxrac coğrafiyasının daha da genişləndirilməsi və ixrac olunan məhsulların çeşidinin artırılması nəzərdə tutulur: “Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə yaradılacaq yeni müəssisələrin istehsal edəcəyi məhsulların ixracına fəal dəstək nəzərdə tutulur. Kiçik və orta sahibkarlıq subyektlərinin burada istehsal etdikləri məhsulların ixrac potensialının artırılması üçün strategiya çərçivəsində onların klaster və kooperativlər üzrə təşkilinə kömək göstəriləcək. Bu ilin birinci yarısının yekunlarına görə, xarici ticarətimizin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 70% artaraq 30,1 milyard dollar təşkil edib. Bu zaman, ixrac təxminən 2 dəfə artaraq, demək olar ki, 22,6 milyard dollar səviyyəsinə çatıb”, - nazir bildirib.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?