24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

23 avqust hərracında 11 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə sahəsində elektron xidmətlərin tətbiqi, hərracları onlayn izləmək imkanının yaradılması investorların prosesə olan marağını artırıb.

Xidmət tərəfindən avqustun 23-də keçirilən növbəti hərracda 1 kiçik dövlət müəssisəsi, 10 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 65 sifariş qəbul olunub, bunun 19-u elektron qaydada həyata keçirilib.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Binəqədi rayonunda yerləşən “B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC olub. Ümumi faydalı sahəsi 58 472 kvadratmetr, torpaq sahəsi isə 117 787 kvadratmetr olan müəssisə 14 489 788 manata özəlləşdirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsində rəqabət müşahidə edilib.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu). Məlumat üçün bildiririk ki, növbəti hərrac 30 avqust tarixində keçiriləcək. Hərracda iştirakçılara 55 dövlət əmlakı təklif edilir. Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 12-si kiçik dövlət müəssisə və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?