24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan İnvestisiya Şirkəti İsrailin “OurCrowd” şirkəti ilə strateji əməkdaşlıq sazişi imzalayıb

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və İsrailin “OurCrowd” şirkəti iki ölkə arasında texnologiya və biznes əlaqələrini genişləndirmək məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıblar.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, dəyəri 15 milyon ABŞ dolları olan Saziş AİŞ-in “OurCrowd” şirkətinin startap investisiyalarına birbaşa çıxışına və Azərbaycanda startap şirkətlərinin inkişafına dəstək və mentorluğu təmin etməyə imkan yaradacaq. Sənəddə enerji, səhiyyə, kibertəhlükəsizlik, aqro, qida və təhsil texnologiyaları hədəf sektorları kimi nəzərdə tutulur. Tərəflər arasında 8 il müddətində həyata keçiriləcək əməkdaşlıq Azərbaycan iqtisadiyyatına və texnoloji inkişafa töhfə verəcək.

Məlumat üçün bildirək ki, 2013-cü ildə yaradılan “OurCrowd” şirkəti investorlara və təşkilatlara inkişaf etməkdə olan texnologiya şirkətlərinə sərmayə qoymağa imkan yaradan onlayn qlobal vençur investisiya platformasıdır.

“OurCrowd” şirkəti kapitalını 5 qitədə yerləşən 347 portfel şirkətinə və 39 fonda yatırıb. “OurCrowd” bütün sektorlar və mərhələlər üzrə şirkətləri təhlil edir, seçir və sərmayə qoyur. Şirkət 195 ölkədən olan 215 mindən çox qeydiyyatdan keçmiş üzvdən ibarət qlobal platformaya xidmət edir.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?