17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyənin MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkətinin nümayəndələri “Çovdar” qızıl mədəni ilə tanış olublar

Türkiyənin MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkətinin nümayəndələri “Çovdar” qızıl mədəni ilə tanış olublar

Türkiyənin Metal Sənayeçiləri Birliyini təmsil edən MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkətinin nümayəndələri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Çovdar” İnteqrəolunmuş Emal Sahəsinə (ÇİRES) səfər ediblər.

QSC-dən bildirilib ki, işgüzar səfər İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə həyata keçirilib. Səfərin məqsədi “Çovdar” qızıl mədənində istehsal proseslərinin avtomatlaşdırılması imkanlarının araşdırılması, hazırda tətbiq olunan texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin genişləndirilməsindən ibarətdir. ÇİRES-in inzibati binasında keçirilən görüşdə tərəflər geotexniki monitorinq, buruqqazma və digər əməliyyatlar üzrə rəqəmsal verilənlər bazasının təkmilləşdirilməsi və proseslərin mərkəzləşdirilmiş formada idarəolunması istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə rəqəmsallaşma yolu ilə keyfiyyət, xərc və səmərəlilik kimi amillərə və istehsal prosesinin optimallaşdırılmasına təsir mexanizmi müzakirə olunub. Səhmdar Cəmiyyətin fəaliyyət sahələrinin innovativ həllərin və müasir texnologiyaların tətbiqi ilə avtomatlaşdırılması və rəqəmsallaşdırılması məqsədilə əməkdaşlıq perspektivləri çərçivəsində təkliflərin hazırlanmasına dair razılıq əldə edilib. Daha sonra qonaqlar “Çovdar” mədənində sulfid fazası üzrə oksid filizlərinin hasilatı, filiz anbarında filizlərin idarolunması prosesləri, şirkətin mövcud maddi-texniki bazası, eləcə də zavod və laboratoriyada yaradılan şəraitlə əyani olaraq tanış olublar.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM-i ilə Türkiyənin Metal Sənayeçiləri Birliyini arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Azərbaycanın istehsal sektorunda rəqəmsal savadlılığın təşviqi, ölkəmizdə ağıllı sənaye hazırlığı indeksi (Smart Industry Readiness Index - SIRI) əsasında qiymətləndirilmənin aparılması, müvafiq qurumların nümayəndələrinin iştirakı ilə istehsalat sahələrinə qarşılıqlı səfərlərin təşkili, ağıllı istehsal proseslərinin qurulması və sair kimi əməkdaşlıq istiqamətləri müəyyən edilib. Bu çərçivədə cari ilin may ayında “AzerGold” QSC və 4 SİM-in nümayəndə heyəti Türkiyənin Kayseri şəhərində yerləşən “Öksüt” qızıl mədəninə səfər edib, “KoçDigital” şirkətinin mühəndislik, eləcə də texniki imkanları və ümumilikdə fəaliyyəti ilə yaxından tanış olublar.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?