25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi artır

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi artır

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki ölkə arasında əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirir. Səfərin nəticələri barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının üzvü olan iki ölkə arasında son illərdə münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. “İqtisadi əlaqələrə gəldikdə isə ötən il iki ölkə arasında ticarət dövriyyəsi 111 milyon 903 min dollar olub. Bu, 2020-ci ilə nisbətən 16 faiz artım deməkdir. Azərbaycan və Özbəkistan pandemiya dövründə də öz aralarındakı qarşılıqlı ticarət dövriyyəsini qoruyub saxlaya və hətta artıra biliblər. 2019-cu ildə iki ölkə arasında dövriyyənin həcmi 81 milyon 962 min dollar olduğu halda, 2020-ci ildə bu göstərici 82 milyon 318 min dollar oldu”.

V.Bayramov əlavə edib ki, 2021-ci ildə Azərbaycan Özbəkistandan 78 milyon 431 min dollarlıq mal idxal edib. Bu əvvəlki ilə nisbətən 32,5 faiz artım deməkdir. Azərbaycan isə Özbəkistana ötən il 33 milyon 490 min dollarlıq mal ixrac etdib ki, burada 44,9 faizlik artım qeydə alınıb.

“Xarici ticarət əlaqələrinin struktruna gəldikdə, ötən il Azərbaycan Özbəkistandan 4 milyon 862 min dollarlıq televiziya qəbulediciləri, 2 milyon 628 min dollarlıq məişət kondisionerləri alıb. Bununla bərabər, təzə meyvə (829 min dollar), paltaryuyan maşınlar (538,7 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (504,9 min dollar), ayaqqabı (131,9 min dollar), təzə tərəvəz (51,1 min dollar) də idxal məhsulları arasındadır. Ötən il Azərbaycan Özbəkistana 7 milyon 51 min dollarlıq şəkər məhsulları göndərib”, - V.Bayramov vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, son dövlət səfəri ölkələrimiz arasında münasibətlərin daha dinamik inkişaf etməsinə zəmin yaradacaq və tərəflər qarşılıqlı olaraq mövcud potensialdan daha çox faydalanacaqlar.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?