19 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Milli Standartlaşdırma Fəaliyyətində Beynəlxalq Təcrübə” mövzusunda seminar keçirilib

Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan “Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” Tvinninq layihəsi çərçivəsində Alman Standartlar İnstitutu tərəfindən “Milli Standartlaşdırma Fəaliyyətində Beynəlxalq Təcrübə” seminarı təşkil olunub. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Standartlaşdırma İnstitutu, standartlaşdırma üzrə texniki komitələrin nümayəndələri və xarici ekspertlər iştirak ediblər.

“Azərbaycan Standartlaşdırma İnstitutu”nun baş direktoru vəzifəsini icra edən İlham Bayramov standartlaşdırmanın keyfiyyət infrastrukturunun əsasını təşkil etdiyini vurğulayaraq, bu sahənin inkişafında texniki komitələrin rolunu qeyd edib, kadr potensialının gücləndirilməsi baxımından “Azərbaycan Standartllaşdırma İnstitutuna dəstək” Tvinninq layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.

Seminarda xarici ekspertlər tərəfindən standartlaşdırma vasitəsilə ticarətin stimullaşdırılması, milli standartlaşdırma fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi, maraqlı tərəflərin texniki komitələrə cəlb edilməsi və digər mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?