17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Neft Fondunun büdcəsində 2,7 milyard dollardan çox profisit yaranıb

Dövlət Neft Fondunun büdcəsində 2,7 milyard dollardan çox profisit yaranıb

Dövlət Neft Fondunun büdcəsinin icrası defisitlə proqnozlaşdırıldığı halda neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulduğundan artıq olması, idarəetmə gəlirlərindəki müsbət tendensiya, eyni zamanda, xərclərin proqnoza nisbətdə az icrası fonunda Fondun büdcəsi profisitlə yekunlaşıb.

Hesablama Palatasından bildirilib ki, 2021-ci il yanvarın 1-nə Dövlət Neft Fondunun vəsaiti 73 milyard 488,7 milyon manat və ya 43 milyard 564,3 milyon dollar təşkil edib. 2021-ci il ərzində manat ifadəsi ilə Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 15 milyard 985,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (8 milyard 1,2 milyon manat) 199,8 faiz səviyyəsində icra edilib. 2021-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri 11 milyard 382,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (12 milyard 249,4 milyon manat) 92,9 faiz səviyyəsində icra olunub. 2021-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 4 milyard 603 milyon manat və yaxud 2 milyard 707,4 milyon ABŞ dolları məbləğində profisit yaranıb (2020-ci il üzrə 3 milyard 64,5 milyon manat və ya 1 milyard 802,4 milyon ABŞ dolları defisit təşkil edib). Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 40 ABŞ dolları nəzərdə tutulduğu halda, 2021-ci il ərzində xalis mədaxil qiyməti 65,4 ABŞ dolları təşkil edib.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?