26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Korporativ sektorun inkişafı ilə bağli texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb

İyunun 8-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycanda korporativ sektorun inkişafi ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone imzalayıblar.

Bununla bağlı keçirilən onlayn tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyini və uğurlu tərəfdaşlıq etdiyini vurğulayıb. Qeyd edilib ki, Bankla birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi baxımından əhəmiyyətlidir. İqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını, həmçinin dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat”, enerji, xüsusilə bərpa olunan enerji layihələri üzrə əlaqələrin genişləndirilməsi potensialını diqqətə çatdırıb. Nazir bildirib ki, bu gün imzalanan memorandum Azərbaycan Respublikasında davamlı özəl korporativ sektor (kiçik və orta sahibkarlıq daxil olmaqla) üçün prioritet təşəbbüslərin işlənib hazırlanması və həyata keçirilməsində AYİB və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlığın istiqamətlərini əks etdirir.

Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone Bankın Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığını vurğulayıb, ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini ifadə edib. AYİB təmsilçisi Gəncədə icra olunan “Yaşıl Şəhər Proqramı”nın Azərbaycanın digər şəhərlərində də tətbiqi imkanlarını qeyd edib.

Tədbirdə Azərbaycan-AYİB əməkdaşlığının genişləndirilməsi istiqamətləri, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?