23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avropa İttifaqının Azərbaycana dəstəyi artır

Avropa İttifaqının Azərbaycana dəstəyi artır

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə təşkil edilən görüş Avropanın regionda təsir imkanlarının və nüfuzunun daha da artmasından xəbər verir. Millət vəkili Vüqar Bayramov Avropa İttifaqı ilə Azərbaycanın ticarət əlaqələrinin vəziyyətini şərh edərək bildirib ki, Aİ region ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalır.

Azərbaycanın ümumi ticarət dövriyyəsində Aİ-nin payı 36,7 faiz, Gürcüstanın ümumi ticarət dövriyyəsində 23,9 faiz, Ermənistanın ümumi ticarət dövriyyəsində isə 18 faiz təşkil edir. Aİ pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2,6 milyard, Gürcüstanda 1,2 milyard, Ermənistanda isə 1 milyard avro sərmayə qoyub.

Bölgədə, eləcə də dünyada formalaşan yeni reallıq fonunda Aİ-nin Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır.

Son Brüssel görüşü də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum Aİ-dir. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün bərqərar olacağına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərir ki, bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin intensivləşməsinə şərait yaradır. Qərəzsiz və bitərəf mövqe nümayiş etdirməyə çalışan Aİ dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olmaqla son illər öz təsir dairəsini genişləndirməkdədir.

Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın genişlənməsinə önəm verib. Etiraf etmək lazımdır ki, Aİ Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidentinin yaxın təmasları, mütəmadi telefon danışıqları və rəsmi dialoqların təşkil edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm rol oynayır. Son görüşün nəticələri regionda artıq yeni düzənin formalaşmasından və onun dərinləşəcəyindən xəbər verir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?