2 Dekabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Fevralın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, hərraca çıxarılan notun həcmi 150 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar martın 16-da ödəniləcək. Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən artıq olmamalıdır. Notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.4205 - 99.5351 təşkil edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

İqtisadiyyatKOB-ların inkişafı, yaşıl iqtisadiyyatın genişləndirilməsi üzrə yeni çağırışlar müzakirə edilib İqtisadiyyatMikayıl Cabbarov: Kiçik və orta biznesin inkişafı bizim üçün prioritetdir VergiTest imtahanından uğurla keçən namizədlər üçün müsahibə keçiriləcək VergiMənzil satın alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması şərtləri İqtisadiyyatƏminə Erdem: “Azərbaycanda qadınların sahibkarlıqla məşğul ola bilməsi üçün böyük imkanlar var” VergiMüharibə veteranlarının əməkhaqqından sığorta haqları necə tutulur? Vergiİkiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya layihəsi müzakirə olunub İqtisadiyyatAzərbaycan-Türkmənistan iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb İqtisadiyyatÖlkədaxili nağdsız əməliyyatların həcmində artım qeydə alınıb Vergiİctimai təşkilata ayrılan qrant dövlət büdcəsindən maliyyələşmə hesab edilirmi?