Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,26 dollar artaraq 91,04 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,26 dollar bahalaşaraq 89,62 dollar olub.