13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” kitabının ikinci nəşri işıq üzü görüb

"2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində hazırlanmış "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri çap edilib. Bu sahədə yeganə dərslik və əyani vasitə olan bu kitabın müəllifləri Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev və Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"nun rəhbəri İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantı Tamerlan Rüstəmovdur.

Yeni nəşrdə rəqəmsal ödəniş ekosistemi sahəsində qlobal trendlər, rəqəmsal bankçılıq konsepsiyası və qabaqcıl maliyyə bazarlarına malik ölkədə bu konsepsiyanın realizasiya istiqamətləri, fintex ekosisteminin inkişafında mühüm rol oynayan "sandbox" rejimi və onun tətbiqi xüsusiyyətləri, ölkəmizdə formalaşan rəqəmsal ödəniş ekosisteminin yenilikçi maliyyə institutları haqqında məlumatlar əks olunub.

Ali təhsil ocaqlarında tədris ediləcək bu kitab nəzəri yanaşmanı və praktiki məsələləri əhatə etdiyinə görə bank əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşməsində, həmçinin əhalinin maliyyə savadlılığının yüksəlməsində mühüm rol oynayacaq. Dərslik, eyni zamanda, Təhsil Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində qeyri-iqtisadi profil ixtisası üzrə tədris vasitəsi kimi tövsiyə edilib.

Kitabı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz:
https://shop.az/az/product/product-detail/634355

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?