14 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nazir müavini: Qarabağın beynəlxalq loqistika dəhlizi imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək

Qarabağın beynəlxalq loqistika dəhlizi imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək.

Bu barədə “Rebuild Karabakh” sərgisinin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, sosial-iqtisadi rifahın yaxşılaşdırılması, Qarabağın dirçəlişi bu gün qarşımızda duran ən mühüm vəzifələrdəndir. Bu baxımdan təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün xüsusi əhəmiyyət kəsb edir.

“Bunun üçün işğaldan azad edilmiş ərazilərdə layiqli yaşayış təmin edilməli zəruri infrastruktur qurulmalı, rahat həyat tərzi olmalıdır. Bu prosesdə özəl təşəbbüslərin təşviq edilməsi, dövlət özəl tərəfdaşlığının inkişafı vacib amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və köklü islahatlar ölkəmizin iqtisadi qüdrətinin artmasına möhkəm zəmin yaradır. İşğaldan azad edilmiş ərazilərin reinteqrasiyası yerli və beynəlxalq loqistika dəhlizi imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək”, - deyə nazir müavini bildirib.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?