26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çoxtərəfdaşlı Etimad Fondunun yaradılması müzakirə olunur

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Mikayıl Cabbarov mühüm vəzifəyə təyinatı münasibətilə Vladanka Andreyevanı təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. İqtisadiyyat naziri sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Prezident İlham Əliyevin videoformatda çıxışından irəli gələn çağırışları və aktual məsələləri diqqətə çatdırıb, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb və hazırda icra olunur. Diqqətə çatdırılıb ki, BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələr qurulub və səmərəli əməkdaşlıq həyata keçirilir. Hazırda BMT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə birgə üçtərəfli anlaşma memorandumunun imzalanması, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin Sürətləndirilməsi üçün Çoxtərəfdaşlı Etimad Fondunun yaradılması məsələləri barədə müzakirələr aparılır. Bunlar isə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradacaq.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva təbrikə görə təşəkkür edib, Azərbaycanda fəaliyyətə başlamasından məmnunluğunu bildirib. Vladanka Andreyeva BMT-nin ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığını diqqətə çatdırıb, fəaliyyəti dövründə tərəfdaşlığın daha da gücləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb.

Görüşdə BMT və Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin (2021-2025-ci illər üzrə) icrası, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşməsi məsələləri müzakirə edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?