11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Yaponiya-Azərbaycan investisiya forumu keçirilib

Oktyabrın 4-də Bakıda Yaponiya-Azərbaycan investisiya forumu keçirilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, 8 Noyabr - Zəfər Günündən ötən qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə başlamış quruculuq işləri uğurla davam edir. Azərbaycan azad edilmiş torpaqlarında dünyanın ən son texnoloji uğurlarını tətbiq edərək, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrini sürətlə həyata keçirir. Qarabağda və Şərqi Zəngəzurda müasir şəhərsalma standartlarına uyğun quruculuq işləri, iqtisadiyyatın bərpa edilməsi və dirçəldilməsi üçün böyük investisiya imkanları yaradılır.

“Heç şübhəsiz ki, bu imkanlar barədə bugünkü Azərbaycan-Yaponiya İnvestisiya Forumunda iştirak edən investorlara da məlumat veriləcək. Yaponiya şirkətləri Azərbaycanda neft-qaz və energetika sənayesində aktiv fəaliyyətə, ölkəmizdə kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur, Azərbaycan mütəxəssislərinin təlimi və sair sahələrdə yaxından iştirak edirlər. 2020-ci ilin yekunlarına görə, Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarıdır”, - deyə Məmməd Musayev vurğulayıb.

M.Musayev qeyd edib ki, ASK-a müxtəlif beynəlxalq təşkilatlar və investorlarla əlaqələr yaratmaq imkanlarından geniş istifadə edir. Yapon investorlarının təsis etdiyi “TET International Development” şirkəti Azərbaycan Sahibkarlar Konfederasiyasının fəal üzvlərindən biridir. Son iki ildə TET şirkəti Zaqatala, Oğuz, Şəki və Tovuz rayonlarında 4 tütün emalı müəssisəsi açaraq ümumilikdə 10 milyon ABŞ dollardan artıq investisiya yatırıb.

Forumda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, bir neçə böyük şirkət Qarabağa vəsait ayıracaq. İşğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə obyektə maliyyə yardımının göstərilməsinin texniki mərhələsinə başlanılıb.

KOBİA-nın İdarə Heyətinin sədrinin birinci Natiq Həsənov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova Azərbaycanla Yaponiya arasında aparılan iqtisadi əlaqələri yüksək qiymətləndiriblər.

Yapon “TET International Development” şirkətinin rəhbəri Taro Savada Yaponiyada Azərbaycan məhsullarının satış mərkəzini açmağı planlaşdırıldığını deyib.

O bildirib ki, hazırda Azərbaycanın təbii məhsulları, fındıq, şərab, zeytun yağlarını Yaponiyaya ixrac edilir. “Azərbaycan məhsullarının satışı Yaponiyanın “e-kommersiya” saytı vasitəsilə həyata keçirilir. Biz rəsmi olaraq Azərbaycan məhsullarını Yaponiyaya ixrac edən ilk şirkətik. Azərbaycanın satış mərkəzini məhz Tokioda açmağı planlaşdırırıq”, - deyə şirkət rəhbəri qeyd edib.

Qeyd edilib ki, bu il sentyabrın əvvəlində yapon investorlarının ilk qrupu ölkəmizə biznes səfəri edib. Azərbaycan Sahibkarlar Konfederasiyası onları ölkəmizin investisiya imkanları ilə tanış edib və Şəki, Zaqatala rayonlarında keçirilən görüşlərin təşkilində dəstək verib. Görüşlərin nəticəsi olaraq, bəzi qeyri-neft sektoru məhsullarının Yaponiyaya ixracı barədə ilkin razılıqlar əldə olunub, eyni zamanda, qonaqları maraqlandıran sahələrlə bağlı suallara cavablar verilib.

Sonra Azərbaycan-Yaponiya arasında Anlaşma Memorandumu imzalanıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?