23 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çexiya ilə iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın xarici işlər naziri Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran Mikayıl Cabbarov Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma olduğunu, ticarət əlaqələrinin inkişafında “CzechTrade”in Bakı ofisinın uğurlu fəaliyyətini qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı. avtomobil sənayesi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrində də çex şirkətləri ilə əməkdaşlıq edilə bilər.

Görüşdə yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, Zəngəzur dəhlizi və Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib, Çexiya şirkətləri azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub.

Çexiyanın xarici işlər naziri Yakub Kulhanek ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını, strateji tərəfdaş olduğunubildirib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyəti, ticarət əməkdaşlığının və investisiya layihələri üzrə tərəfdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?