24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan sahibkarları Macarıstanda keçirilən biznes forumda iştirak ediblər

Azərbaycan sahibkarları Macarıstanda keçirilən biznes forumda iştirak ediblər

Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Ticarət və Sənaye Palatasının biznes forumu keçirilib. Forumda ölkəmizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) üzv sahibkarlar təmsil ediblər.

Konfederasiyasının mətbuat xidmətindən bildirilib ki, tədbiri Türk Ticarət Sənaye Palatası ilə Macarıstan İxracın Təşviqi Agentliyi (HEPA) təşkil edib. Tədbirə ümumilikdə 120 sahibkar qatıla bilib.

Forum çərçivəsində nümayəndə heyətimiz adından ASK-nın vitse-prezidentləri Vüqar Zeynalov və Vüqar Abbasov çıxış ediblər. Çıxışlarda Azərbaycanın iqtisadi imkanları, biznes mühiti, azad olunmuş ərazilərimizin investisiya imkanları barədə tədbirdə iştirak edən macar, türk, özbək, qazax, qırğız sahibkarlarına detallı məlumatlar təqdim edilib.

Eyni zamanda, 4 – kənd təsərrüfatı, qida sənayesi, su sənayesi, sağlamlıq, informasiya və kommunikasiya sektorları üzrə B2B görüşlər keçirilib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türk Dövlət Əməkdaşlıq Şurasına üzv dövlətlər və Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 4,5 milyard ABŞ dolları olub. Bu, ölkəmizin ümumi xarici ticarət dövriyyəsinin 18,4 faizini təşkil edir. Ayrıca Macarıstanla Azərbaycanın ticarət dövriyyəsi ötən il 38 milyon dollar təşkil edib.

Forumda ölkələrimiz arasında gələcək ticarət və investisiya imkanları müzakirə edilib.

Xatırladaq ki, Türk Ticarət və Sənaye Palatası 2019-cu ildə yaradılıb. Qurumda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası (ATAMEKEN), Qırğız Respublikası Ticarət və Sənaye Palatası, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Özbəkistan Ticarət və Sənaye Palatası üzv kimi, Macarıstan Ticarət və Sənaye Palatası isə müşahidəçi qismində iştirak edir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?