16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Onlayn mühasibat proqramının müştərilər qarşısında məsuliyyəti sığortalandı

“TechFin” şirkəti yeni yaratdığı onlayn mühasibat proqramının müştərilər qarşısında daşıdığı məsuliyyəti sığortalayıb. Şirkətdən verilən məlumata görə, bu işi “Atəşgah” sığorta şirkəti öz üzərinə götürüb.

İnsan faktorunun olduğu hər bir sahədə səhvliklər ola bilər, lakin mühasibatlıq sahəsində aparılmış bir səhv hesablama böyük maliyə itkilərinə gətirib çıxara bilər. “TechFin” .irkətinin təsisçisi və direktoru Hacıağa Hacı bildirib ki, yanlış qərarların xoşagəlməz fəsadlarından qorunmaq imkanı ilk dəfə olaraq “Atəşgah” sığorta şirkəti tərəfindən “TechFin” şirkətinin onlayn mühasibat proqramı layihəsi olan “Hesabat” (www.hesabat.az) üçün yaradılıb. Belə ki, Buludda olan müştəri məlumatları sığortalanır. H.Hacının sözlərinə görə, bu sığorta növü məhsula əlavə bir dəyər qataraq, müştərilərin proqramdan rahat və arxayın şəkildə istifadəsinə zəmin yaradır, sığorta və maliyə-mühasibat sahələrini birlikdə bir ekosistem şəklində birləşdirir.

Qeyd edək ki, dünya təcrübəsində (Zoho, Moe Delo və s.) onlayn mühasibat proqramının istifadəsi zamanı yaranan məsuliyyətlərin sığortalanmasına tez-tez rast gəlinir. Məsuliyyət sığortası çərçivəsində sığortalı tərəfindən üçüncü şəxslərə qəsd olmadan vurulan ziyanın sığorta hesabına ödənilməsi nəzərdə tutulur. Bu sığorta növündə əsas məqsəd – gözlənilməz hallar yarandığı zaman sığortalının əmlak-maliyə maraqlarının müdafiəsidir.

Xatırladaq ki, “HESABAT” - Azərbaycan dilində bulud əsaslı onlayn mühasibat proqramıdır. Bu proqram peşəkar mühasiblər və proqramçılar tərəfindən fundamental qaydada hazırlanan və hər bir istifadəçi tərəfindən güvənlə istifadə oluna biləcək yerli proqramdır. Proqramın əsas üstünlükləri kimi bank və ya digər maliyə qurumu ilə inteqrasiya imkanı əsasında mühasiblərin işinin dəfələrlə asanlaşmasını, limitsiz sayda istifadəçinin qoşulma imkanının yaradılmasını, müştərilərə proqram üzərindən invoys göndərilməsi imkanının olmasını, proqramın mühasiblərin gündəlik tələbatına uyğun olaraq mütəmadi yenilənməsini və ən əsası onlara sadə və rahat iş imkanlarının yaradılmasını qeyd etmək olar.

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?