10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkəmizin cənubundakı aqrar turizm məkanlarının inkişaf strategiyası təqdim edilib

Lənkəran iqtisadi zonasında “Aqrivision” aqro və ekoturizmin inkişafına dəstək layihəsi çərçivəsində sahibkarlarla növbəti görüş keçirilib. Lənkəran şəhərində keçirilmiş tədbirdə aqrar turizm məkanlarının inkişaf strategiyası təqdim edilib.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev mərasimdə çıxış edərək bildirib ki, aqro və ekoturizmin inkişafı ilə bağlı cənub rayonlarının yaxşı potensialı var: “Layihə çərçivəsində Lənkəran, Lerik, Masallı və Astara rayonlarında aqrar sahədə fəaliyyət göstərən sahibkarların təsərrüfatlarına baxış keçirilib. Onların ehtiyacları öyrənilib”.

Qeyd edilib ki, “Aqrivision” layihəsinin məqsədi Azərbaycanın cənub bölgəsindəki ev təsərrüfatlarının gəlirlərini artırmaq, Azərbaycanda şəhər və kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, yenidən həyata keçirilə bilən aqrar turizmin inkişafı mexanizmini yaratmaq və sınaqdan keçirməkdir. Avropa İttifaqının maliyyələşdirdiyi layihəni Avrasiya Əməkdaşlıq Fondu və Konstitutsiya Araşdırmalar Fondu birgə həyata keçirir. Layihədən, əsasən, Lənkəran iqtisadi rayonunda aqrar sahələrlə turizm fəaliyyətini uğurla birləşdirmək üçün kiçik və orta təsərrüfatların faydalacağı gözlənilir.

“Aqrivision” layihəsinin regional koordinatoru Ramin Səfərzadə qeyd edib ki, layihənin yekununda seçilən aqrar təsərrüfatların sahibləri arasında biznes planı müsabiqəsi keçiriləcək. Öz təsərrüfatında turizm xidmətlərinin yaradılmasını istəyən sahibkarların uğurlu planları seçiləcək və layihə tərəfindən maliyyələşdiriləcək.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?