15 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəhid ailələri və qazilərin məşğulluğuna dəstək olan marafona 500-dək işəgötürən qoşulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başlanılan “Məşğulluq marafonu”nda iştirak edənlərin sayı gündən-günə artır. Marafona qoşularaq şəhid ailələrinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatına dəstək olan işəgötürənlərin sayı artıq 499-dur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış edərək mühüm sahədə öz töhfələrini verən həmin işəgötürənlərin 262-i dövlət, 237-si özəl müəssisələrdir.

İşəgötürənlər tərəfindən elektron sistemə 2388 vakansiya daxil edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında 671 nəfər (o cümlədən 117 şəhid ailəsi üzvü və 554 qazi) işlə təmin olunub. Hazırda həmin kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?