17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Qənərçay” qum-çınqıl yatağı hərrac qaydasında istifadəyə verilib

“Qənərçay” qum-çınqıl yatağı hərrac qaydasında istifadəyə verilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Əmlak Xidmətləri Məkanında növbəti hərrac keçirilib. Qusar rayonu ərazisində yerləşən “Qənərçay” qum-çınqıl yatağı 5 lot üzrə hərraca çıxarılıb. Hər bir lot üzrə həcmi 210 min kub metr, sahəsi 70 min kvadrat metr olan faydalı qazıntı yatağı 25 ilədək müddətə istifadəyə verilib (https://bit.ly/36VsgNm). Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb.

Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə il ərzində 5 hərrac keçirilib. Hərraclarda 13 lot üzrə 5 faydalı qazıntı yatağı istifadəyə verilib. Bunlar “Göygöl” gil, “Atyal” dolomit, “Qarasuçay”, “Horadiz” və “Qənərçay” qum-çınqıl yataqlarıdır.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?