24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Dövlət satınalmaları haqqında” Qanunda edilmiş dəyişikliklərlə bağlı görüş keçirilib

“Dövlət satınalmaları haqqında” Qanunda edilmiş dəyişikliklərlə bağlı görüş keçirilib

“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı”na uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dəstəyi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.

İİTKM-dən bildirilib ki, görüşdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər iştirakçıların nəzərinə çatdırılıb.

Qeyd edək ki, qanunvericilikdə edilmiş dəyişikliklər əsasən malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi, elektron satınalma, satınalma metodlarının razılaşdırılması, tender komissiyası, tenderdə iştirak haqqı, təkliflərin açılışı, təklifin kənarlaşdırılması, təkliflərin qiymətləndirilməsi, icazələrin (razılıqların) alınması və işə başlama bildirişi, müqavilənin yuxarı orqan tərəfindən təsdiq edilməsi, satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının müddəti, təhvil-təslim aktlarının qəbulu, təkliflər sorğusu, elektron satınalma elanı (dəvəti), müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətlərində aparılıb.

70-dən çox iştirakçının olduğu görüşdə iştirakçıların suallarına Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi ətraflı cavab verib.
Qanunvericilikdə baş vermiş dəyişikliklərlə əlavə olunmuş islahat icmalının xüsusi buraxılışında tanış ola bilərsiniz.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?