10 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaponiyada Azərbaycan Ticarət Evinin açılması məsələsi müzakirə olunub

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.

AZPROMO-dan bildirilib ki, səfirlə görüşdə iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Azərbaycan və Yaponiya arasında iqtisadi-ticarət, nəqliyyat-logistika və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradan Ələt İqtisadi Azad Zonası haqqında görüş iştirakçılarını məlumatlandırıb.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ixracın dəstəklənməsi istiqamətində qurum tərəfindən görülən işlər, “Made in Azerbaijan” brendinin təbliği üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Səfir C.Vada Azərbaycan və Yaponiya iqtisadi tərəfdaşlığının inkişafı istiqamətləri barədə danışıb, Yaponiyada Azərbaycan ticarət evinin təsis olunması ilə bağlı fikirlərini bildirib.

Görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı investisiya və ticarətin artırılması məsələləri müzakirə olunub.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?