17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Enerji içkiləri bazarında haqsız rəqabət hallarına qarşı mübarizə davam edir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlar arasında ədalətli rəqabət mühitinin yaradılması və qorunması istiqamətində kompleks tədbirlərini davam etdirir.

Dövlət Xidmətindən bildirilib ki, haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə enerji içkiləri bazarında aparılan araşdırmalar zamanı daha dörd sahibkar barəsində iş qaldırılıb. Araşdırmaların nəticələrinə əsasən, “A+CO” ASC tərəfindən istehsal olunan “FULL energy” alkoqolsuz içkilərinin üzərində “ORIGINAL FULL ENERGY”, “IMPLUSE FULL ENERGY”, “MAKES YOUR ENERGY FULL” ifadələrinin istifadə olunması, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulunda “ENERGY”, “100% MAXIMUM ENERGY” və “THE GREAT POWER FEEL THE COOLNESS” ifadələrinin istifadə olunması, sifarişçisi “NPG Azərbaycan” MMC və distribüteri “Veysəloğlu” MMC olan “PIT BULL” adlı içkinin markalanmasında isə “ENERGY” sözünün istifadə olunması istehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti tərəfindən “A+CO” ASC, “BERG ENERGY” MMC, “NPG Azərbaycan” MMC və “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlər qaldırılıb.

Qeyd edək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıları çaşdırmaqla bazarda haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri