25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı ELAN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən, İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış seçki komissiyasının qərarı ilə İctimai şuranın üzvlərinin sayı 11 nəfər müəyyən edilib.

Bununla əlaqədar Nazirliyin yanında İctimai şuranın tərkibinin formalaşdırılması məqsədilə üzvlüyə namizədlərin təqdim olunması elan olunur.

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə namizədlər 2021-ci il 12 iyul tarixindən etibarən 20 iş günü müddətində [email protected] elektron ünvanı vasitəsilə sənədlərini təqdim edə bilərlər. Müraciət etmək üçün son tarix 10 avqust 2021-ci il saat 18:00-da bitir.

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.11-ci bəndinə əsasən, vətəndaş cəmiyyəti institutu müraciətinə İctimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

- şəxsiyyət vəsiqəsinin surəti;

- namizədin tərcümeyi-halı;

- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;

- şəxsin iqtisadi sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Vətəndaş cəmiyyəti institutuna və onun irəli sürdüyü namizədlərə dair tələblər aşağıdakılardır:

  • vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması;
  • məhkumluğu olduğu təqdirdə onun götürülmüş və ya ödənilmiş olması;
  • barəsində icraatda olan cinayət-mühakimə işinin olmaması.

İctimai şuraya namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və nəticəsi barədə müvafiq qərar qəbul edilərək, elektron poçt vasitəsilə məlumat veriləcəkdir.

Hər bir vətəndaş cəmiyyəti institutu İctimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Əlavə məlumat əldə etmək üçün +99412 3102800, 22-19 (daxili) nömrəli telefonla əlaqə saxlamaq olar.

Qeyd: müraciətə əlavə edilən sənədlər pdf formatında əlavə edilməli və həcmi 10 meqabaytdan çox olmamalıdır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?