24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İranın Azərbaycandakı səfiri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Görüşdə Azərbaycan və İran arasında dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi və dini bağlara söykəndiyi qeyd edilib. Vurğulanıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.

Görüşdə İranın Azərbaycanın ərazi bütövlüyünün bərpasına ölkəmizin suverenliyinə hörmət çərçivəsində dəstək verdiyi, Azərbaycan-İran dövlət sərhədinin işğal altında olan hissəsinin azad edilməsinin xalqlarımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.

Nazir müavini hazırda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın inkişafını, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayının artdığını, qarşılıqlı investisiya əməkdaşlığını, birgə layihələrin icrasını diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində dövlət-özəl tərəfdaşlığı çərçivəsində İran şirkətləri ilə nəqliyyat, energetika, sosial infrastruktur və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.

Səfir Seyid Abbas Musəvi Azərbaycan və İran xalqlarının tarixi dostluğunu xatırladaraq ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün potensialı vurğulayıb. Səfir Azərbaycan Respublikasının işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu bildirib.

Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələri genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?