27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək

Startaplar üçün yaradılmış yeni dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsi ilə bağlı mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün məlumatlandırıcı vebinar təşkil olunacaq. Mayın 7-də saat 11.00-da İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək “Startap üçün yeni imkanlar” mövzusunda vebinarda startaplar üçün yeni maliyyə dəstəyi mexanizmləri, “Startap” şəhadətnaməsinin üstünlükləri, müraciət qaydası və lazım olan sənədlər barədə məlumat veriləcək, KOB subyektlərini maraqlandıran suallar cavablandırılacaq.

KOB subyektləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməklə vebinarda iştirak edə bilərlər:

https://zoom.us/webinar/register/WN_6jLmAUoVQO2FMUx6LFiJfA

Məlumat üçün bildirək ki, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi üçün KOB subyektlərindən müraciətlərin qəbulu davam edir. “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. “Startap” şəhadətnaməsi almaq istəyən KOB subyektləri müvafiq ərizə və digər sənədlərlə birgə Agentliyə yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) və ya elektron qaydada ([email protected]) müraciət edə bilərlər. Müraciət etmək üçün müvafiq ərizə forması və lazım olan digər sənədlər barədə məlumatlar KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib - https://bit.ly/3dETJqw

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?