17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qida istehsalçıları və ictimai iaşə sektorunun nümayəndələri ilə görüş keçirilib

Qida istehsalçıları və ictimai iaşə sektorunun nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında görüşlərin keçirilməsi və birgə əməkdaşlıq davam etdirilir.

Növbəti belə bir görüş "Azərbaycan qida və içki sənayeçiləri assosiasiyasi" İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Vergi siyasəti Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə qida istehsalı və idxalı, habelə ictimai iaşə sahəsi üzrə pandemiyanın təsiri, mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə edilib. Görüş iştirakçılarına “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması çərçivəsində vergi ödəyicilərinin gəlir və xərclərin düzgün rəsmiləşdirilməsi məqsədilə görülmüş və görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib, bu sahədə vergi nəzarəti tədbirləri ilə yanaşı, maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Görüş zamanı assosiasiya üzvlərinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib və birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?