27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mayda KOB subyektləri üçün sahəvi görüşlər təşkil olunacaq

May ayında mikro, kiçik və orta biznes (KOB) subyektləri üçün üzüm, bal, şərab və orqanik məhsulların istehsalına, pandemiya ilə əlaqədar ictimai-iaşə sektorunda mövcud vəziyyətə, sahibkarların mühasibatlıq və hüquq xidmətlərinə çıxışına dair sahəvi, eləcə də biznes subyektlərinin maliyyə xidmətləri, ixracın təşviq mexanizmləri barədə məlumatlıq səviyyəsinin artırılması üçün maarifləndirici görüşlər təşkil ediləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə sahibkarları narahat edən problemlər və onların həlli yolları müzakirə olunacaq, müvafiq sahələr üzrə KOB-ların ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görüləcək.

KOBİA sahibkarları may ayında keçiriləcək sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. Eyni zamanda, sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini agentliyə təqdim edə bilərlər ([email protected]).

KOB subyektləri KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı agentliyin rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?