25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlar üçün müxtəlif sektorlar üzrə daxili bazar araşdırması aparılıb

Sahibkarlar üçün müxtəlif sektorlar üzrə daxili bazar araşdırması aparılıb

Mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yeni məhsul və xidmətlərin yaradılmasına, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılmasına dəstək məqsədi ilə müxtəlif sektorlar üzrə daxili bazar araşdırmaları aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, daxili bazar araşdırmaları boya, optik eynək, özəl və korporativ geyimlər, daşınar soyuducu anbar və məişət tullantıları konteynerlərinin istehsalı, tekstil fabrikinin, reklam vasitələrinin yaradılması, avtokimya, minik və yük avtomobillərinin yağdəyişməsi kimi sahələri əhatə edir. Bu sahələrdə sahibkarlıq fəaliyyətinə başlamaq və ya müvafiq sektorlarda fəaliyyətlərini daha da genişləndirmək istəyən sahibkarlıq subyektləri müvafiq daxili bazar araşdırmaları ilə KOBİA-nın internet səhifəsindən tanış ola bilərlər – https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi.

Sahibkarın müraciəti əsasında aparılmış daxili bazar araşdırmasından fərqli olaraq, agentliyin təşəbbüsü əsasında aparılan bazar araşdırmalarının nəticələri KOB subyektlərinə ödənişsiz təqdim edilir. 2021-ci il ərzində agentliyin təşəbbüsü ilə digər sahələrdə də daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur.

Qeyd edək ki, KOBİA tərəfindən daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir.

KOB subyektləri ehtiyaclarına uyğun daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını doldurmaqla agentliyə birbaşa və ya elektron ([email protected]) müraciət edə bilərlər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?