11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Birinci rübdə dövlət büdcəsinin icrasında 212,7 milyon manat profisit yaranıb

Maliyyə Nazirliyi 2021-ci ilin birinci rübündə Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair məlumatı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, üç ayda dövlət büdcəsinin mədaxili 5 milyard 736,4 milyon manat, xərcləri 5 milyard 523,7 milyon manat olub, 212,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 736,4 milyon manat və ya rüblük proqnoza qarşı 23,5 milyon manat, 0,4 faiz çox icra olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 85,7 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 363,8 milyon manat və ya 21,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 45,8 milyon manat və ya 2,2 faiz çoxdur. Həmin vəsaitin 72,2 faizi və yaxud 1 milyard 507 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 110,6 milyon manat və ya 7,9 faiz çoxdur.

Bu ilin üç ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 158,6 milyon manat və ya 20,2 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil 115 milyon manat vəsait təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon manat və ya 5 faiz çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 48,4 milyon manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39 milyon manat və ya 2 dəfə çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin ilk rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 milyon manat və ya 17,6 faiz az, yəni 2 milyard 513,7 milyon manat daxilolma qeydə alınıb. Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin birinci rübündə 212,7 milyon manat məbləğində profisit yaranıb.

Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 5 milyard 414,8 milyon manat proqnoza qarşı 5 milyard 523,7 milyon manat və ya 102 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 269,1 milyon manat və ya 5,1 faiz çoxdur.
Hesabat dövründə dövlət büdcəsi xərclərinin 4 milyard 20,5 milyon manatı və ya 72,8 faizi cari xərclərə (ötən ilin eyni dövrü ilə müqayisədə 194,9 milyon manat və ya 5,1 faiz çox), 1 milyard 105,7 milyon manatı və ya 20 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 80 milyon manat və ya 7,8 faiz çox), 397,5 milyon manatı və ya 7,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq bu ilin ilk rübündə dövlət büdcəsi xərclərinin 48 faizi və ya 2 milyard 651,6 milyon manat sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 milyon manat və ya 5,2 faiz çoxdur.
Cari ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Birinci rübdə icmal büdcənin gəlirləri 6 milyard 968,8 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 458,6 milyon manat və ya 26,5 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 5 milyard 921,3 milyon manat icra olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 204,4 milyon manat və ya 3,6 faiz çoxdur.

İcmal büdcədə 1 milyard 47,5 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?