13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dair vebinar keçiriləcək

Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə aprelin 16-da “Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda vebinar keçiriləcək.

SİF-dən bildirilib ki, vebinarda sahibkarlara fond tərəfindən təklif olunan maliyyə mexanizmləri, o cümlədən güzəştli kredit, avadanlıq krediti, kreditlərə zəmanət və mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmləri, onların şərtləri, müraciət forması və tələb olunan sənədlər barədə geniş məlumat veriləcək. Həmçinin sahibkarlar İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması və onun üstünlükləri ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir və qurumun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən qabaqcıl beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət-sahibkar əməkdaşlığının inkişafına və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?