27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi inzibatçılığı rəqəmsal vergi idarəetməsinə transformasiya ediləcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Rəqəmsal Transformasiya Şurası vergi idarəetməsində rəqəmsal yanaşmanı daha da genişləndirəcək. Şuranın yaradılması zərurəti də məhz vergi idarəetməsində tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin daha da genişləndirilməsi, bu məqsədlə mövcud olan resurslardan maksimum dərəcədə səmərəli istifadə edilməsi ehtiyacından irəli gəlir.
Dövlət Vergi Xidmətindən bildirilib ki, bu sözləri Vergi Xidməti rəisinin müşaviri Sərxan Həşimov deyib. Onun sözlərinə görə, hazırda qarşılarında duran əsas hədəf mövcud olan və kifayət qədər uğurla fəaliyyət göstərən elektron vergi inzibatçılığını rəqəmsal vergi idarəetməsinə transformasiya etməkdir.
S.Həşimov şuranın yaradılmasının məqsədi və onun əsas fəaliyyət prinsipləri barədə danışarkən əlavə edib ki, əsas məqsədlərdən biri vergi idarəetməsini sürətlə rəqəmsallaşdıraraq onun iştirakçıları, xüsusilə də vergi ödəyiciləri üçün vergi inzibatçılığı ilə qarşılıqlı münasibət zamanı rahatlıqlarının və yüksək effektivliyin təmin edilməsidir: “Bu məqsədlə Dövlət Vergi Xidmətinin informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində strategiyasının, vahid standartların hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur”.
O əlavə edib ki, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sistemi yaradılacaq. Rəqəmsal layihələrin həyata keçirilməsi zamanı fəaliyyətimizdə effektivlik, standartlaşma, təhlükəsizlik və fasiləsizlik prinsipləri əsas götürüləcək.
Qeyd edilib ki, Rəqəmsal Transformasiya Şurasının qarşısında duran əsas hədəflərdən biri də AVIS markası ilə tanınan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin müasir və hətta gələcək tələblərə uyğun olaraq yenilənməsi üzrə işlərin koordinasiyasıdır. Bu işlərə artıq başlanılıb, hazırda isə şura tərəfindən prioritetlərin müəyyən edilməsi və müxtəlif maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Eyni zamanda, Dövlət Vergi Xidmətinin elektron portalının yenilənməsi və mobil tətbiqinin yaradılması istiqamətində işlərə də start verilib. Dövlət Vergi Xidmətində rəqəmsal transformasiyanın əsas hədəflərindən biri də mövcud olan məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır.
S.Həşimov deyib ki, burada söhbət yalnız vergi ödənişlərindən yayınan vergi ödəyicilərinin aşkarlanması prosesinin daha da sürətli və ədalətli həyata keçirilməsindən getmir, halbuki bu da önəmli məqsədlərdən biridir: “Bu yanaşmanın həyata keçirilməsi, həm də vergiödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsinə nail olmaqdır”.
Qeyd edək ki, Rəqəmsal Transformasiya Şurasının yaradılmasına Dövlət Vergi Xidmətinin rəisinin əmri ilə 2021-ci ilin yanvarında qərar verilib.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?