16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOBİA ilə Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsinin əməkdaşlıq imkanları müzakirə olunub

KOBİA ilə Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsinin əməkdaşlıq imkanları müzakirə olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi (SMEDA) arasında əlaqələrin yaradılması müzakirə edilib.

KOBİA-dan bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Pakistanın ölkəmizdəki səfiri Bilal Haye arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında mövcud əməkdaşlıq çərçivəsində KOB sahəsində tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, KOB sahəsində Pakistanın müvafiq qurumları, o cümlədən Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi ilə əlaqələrin qurulması, Pakistan KOB-larının Azərbaycanda biznes fəaliyyətinə təşviq olunması, hər iki ölkənin KOB subyektlərinin iştirakı ilə birgə layihələrin reallaşdırılması diqqət mərkəzindədir. Həmçinin görüşdə ölkəmizdə KOB-lara göstərilən dəstək mexanizmləri, KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, agentliyin Pakistandan olan sahibkarlara yerli KOB-larla əməkdaşlığın qurulması, ölkəmizə investisiya qoyuluşu istiqamətlərində məsləhət, əlaqələndirmə sahələrində dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.

Görüşdə KOBİA və Pakistanın müvafiq qurumu arasında əlaqələrin yaradılmasına və KOB sahəsində əməkdaşlığın inkişafına səfirlik tərəfindən dəstəyin göstəriləcəyi bildirilib.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?